Dərc edildi: Baxış sayı: 663
Azərbaycan millisinin futbolçusu Avstriya klubu ilə anlaşıb
Türkiyənin “Trabzonspor” klubu ilə yollarını ayıran Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Avstriyada davam etdirəcək.
“Report” xəbər verir ki, 22 yaşlı hücumçu bu ölkənin Bundesliqasında çıxış edən “Mattersburq”la anlaşıb. Onunla bu həftə ərzində müqavilə bağlanılacağı gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət