Slimfit
  1. İDMAN

Azərbaycan millisinin futbolçuları "Beşiktaş"ın əsas komandasına cəlb olunub

Azərbaycan millisinin futbolçuları "Beşiktaş"ın əsas komandasına cəlb olunub
Sakura

Azərbaycan millisinin futbolçuları "Beşiktaş"ın əsas komandasına cəlb olunub

Türkiyənin "Beşiktaş" klubu Antalyada təlim-məşq toplanışına başlayıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması ilə 2016-cı ildə Bakıdakı Avropa çempionatında iştirak etmiş iki futbolçu da yer alıb. Bunlar müdafiəçilər Ege Atlam və Hüseyin Seyliğlidır. Baş məşqçi Şenol Günəş hər iki oyunçunu "Beşiktaş"ın əsas komandasına cəlb edib. 

Hər iki müdafiəçi Avropa çempionatından sonra da Azərbaycan millisinə cəlb olunub. Seyliğli son olaraq 2018-ci ilin noyabrında Ukrayna, Bosniya və Herseqovina ilə yoldaşlıq matçları üçün U-21 yığmasına çağırılıb. Atlam isə 2017-ci ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş beynəlxalq turnirə aparılıb. 

Qeyd edək ki, "Beşiktaş"ın Antalya toplanışı yanvarın 14-dək davam edəcək. Hüseyin Seyliğlu və Ege Atlam mövsümün ilk yarısında "qara qartallar"ın U-21 komandasında forma geyiniblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR