Slimfit
  1. İDMAN

Azərbaycan millisinin baş məşqçisi imtahandan kəsilməsinin səbəbini açıqlayıb

Azərbaycan millisinin baş məşqçisi imtahandan kəsilməsinin səbəbini açıqlayıb
Sakura

Azərbaycan millisinin baş məşqçisi imtahandan kəsilməsinin səbəbini açıqlayıb

“Məşqçilik kateqoriyası ilə bağlı imtahanlarda hər zaman səhvləri özümdə axtarmışam. Bu dəfə imtahanın müəyyən qismini yaxşı verdim, müəyyən hissəsi isə uğursuz alındı”.

Bunu “Report”a UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vura bilməyən Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd imtahandan kəsilmə səbəbləri barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, gələcəkdə özünü yenidən sınayacaq. Onun sözlərinə görə, yığmadakı işi də imtahanı uğurla verməsinə müəyyən qədər mane olub: “Çox çalışdım, amma alınmadı. Məşqçilər var ki, bir kursdan 4-5 dəfə kənarda qalıb. Mənim karyeramda isə bu, bir ilk idi. Növbəti kurs başlayanda müraciət edəcəyəm. İmtahandan məqsədli şəkildə kəsilməyimi, mənə qarşı qərəzin olduğunu düşünmürəm. Pro imtahanları ağır keçir, ilyarımadək davam edir. Həmin ərəfədə işimin çox olması, millinin matçları ilə bağlı səfərlər müəyyən qədər mənfi təsir etdi”.

V.Məmməd deyib ki, Pro kateqoriyasından ötrü UEFA-nın xarici ölkələrdə təşkil etdiyi kurslara qatılmaq fikri yoxdur: “Bunun üçün hər yerdə sistem eynidir. AFFA-nın təşkil edəcəyi kurslara qatılacağam. Amma hazırda komandanı Avropa çempionatının elit-raunduna hazırlamağa köklənmişəm”.

Qeyd edək ki, 9 mütəxəssis AFFA-nın UEFA ilə birgə təşkil etdiyi Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurub. Vüqar Məmmədlə yanaşı, Baba Əsgərov da imtahandan kəsilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR