Dərc edildi: Baxış sayı: 303
Azərbaycan millisi İsveçə qalib gəlib
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Metbuat.az xəbər verir ki, “G” qrupunda mübarizə aparan yığmamız İsveç komandası ilə qarşılaşıb. Dərnəgül Voleybol Mərkəzində keçirilən görüş Azərbaycan millisinin 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10) hesablı əzmkar qələbəsi ilə başa çatıb. Bu oyundan sonra Fərid Cəlalovun yetirmələri hesabına iki, İsveç isə bir xal yazdırıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyunda avqustun 18-də səfərdə Lüksemburq komandası ilə qarşılaşacaq.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət