Slimfit
  1. MEDİA

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir
Sakura

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "AMEA-nın professoru" adını almaq üçün müsabiqə…

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 03 aprel 2019-cu il tarixli 8/7 nömrəli qərarına əsasən "AMEA-nın professoru" adını almaq üçün müsabiqə elan edir.

"AMEA-nın professoru" adı AMEA-nın Rəyasət Heyəti tərəfindən AMEA-nın üzvü olmayan, elmi müəssisələrdə və ya ali məktəblərdə elmi və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan, elmi ictimaiyyət tərəfindən qəbul olunan milli və beynəlxalq səviyyəli elmi nailiyyətlər eldə etmiş, yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, elm və təhsilin vəhdətinin möhkəmləndirilməsində, dövlətçiliyin qorunmasında və inkişafında, habelə AMEA-nın əsas vəzifə və funksiyalarının həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş yaşı 50-dək olan elmlər doktorlarına verilir.

"AMEA-nın professoru" adına namizədlər elmi tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları tərəfindən gizli səsvermə yolu ilə irəli sürülür.

"AMEA-nın professoru" adı Azərbaycan elminin inkişafında, beynəlxalq aləmdə onun nüfuzunun artırılmasında və dünya elminə inteqrasiyasında, habelə Azərbaycanın beynəlxalq elmi əlaqələrinin genişləndirilməsində xüsusi xidmətləri olan xarici ölkə alimlərinə də verilə bilər.

Namizədlərin irəli sürülməsi ilə bağlı aşağıdakı sənədlər 2019-cu il mayın 10-dək AMEA-nın müvafiq elmi bölmələrinə (Bakı ş., İstiqlaliyyət küç., 30) təqdimedilməlidir:

  • elmi tədqiqat və ya ali təhsil müəssisələri tərəfindən müşayiət məktubu;
  • namizədin irəli sürülməsi haqqında müvafiq elmi şuranınqərarı;
  • namizədin elmi əsərlərinin təsdiq olunmuşsiyahısı;
  • namizədin hazırladığı elmi kadrların təsdiq olunmuşsiyahısı;
  • kadr uçotu üzrə şəxsi vərəqə;
  • 2 ədədfotoşəkil (6x9sm.);
  • alitəhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;
  • tərcümeyi-hal;
  • şəxsiyyət vəsiqəsinin surəti.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR