Dərc edildi: Baxış sayı: 231
Azərbaycan Mərkəzi Bankı daha bir sığortaçı seçir
Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin və nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,tenderdə iştirak haqqı 200 manatdır.
İddiaçılar ilkin sənədləri dekabrın 4-ü, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 12-si, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə dekabrın 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət