Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar
Sakura

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada dörd medal qazanıblar

Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən III Beynəlxalq Meqapolis Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər fərdi və komanda yarışlarında uğurla çıxış ediblər.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadada kimya fənni üzrə kimya-biologiya respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev qızıl, Ağdaş şəhər, texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat üzrə gümüş medala layiq görülüb. Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin 10-cu sinif şagirdi İbrahim Tağızadə isə informatika fənni üzrə bürünc medal əldə edib.

Beynəlxalq tədbirə olimpiada nailiyyətləri ilə seçilən ölkələrdən iştirakçılar qatılıb. Olimpiada dörd fərqli fənn (riyaziyyat, informatika, kimya və fizika) üzrə keçirilən komanda turniridir. Birinci mərhələdə komanda üzvlərinin tapşırıqları düzgün həll etmələri ilə yanaşı, həm də sürətli olmalarına önəm verilir. Kimya və fizika fənləri üzrə qatılan iştirakçılar nəzəri və təcrübi hissələrdən ibarət müsabiqədə bilik və bacarıqlarını nümayiş etdirirlər. Riyaziyyat və informatika fənləri üzrə qatılan iştirakçılar isə onlara təqdim olunan tapşırıqları həll edirlər. İştirakçıların yazı işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Olimpiadada iştirak edən şagirdlər fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzində xüsusi proqram əsasında hazırlıq prosesindən keçiblər.

Təhsil Nazirliyinin müvafiq əmri əsasında 2014-cü ildə yaradılmış mərkəzlərdə artıq dörd ildir ki, şagirdlər beş müxtəlif fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə iki fərqli yaş qrupu olmaqla hazırlıqlara cəlb edilirlər. 200-dən çox məktəblinin dinləyici olduğu bu mərkəzlərə müxtəlif dövlət və özəl təhsil müəssisələrinin şagirdləri dəvət edilirlər.

Qeyd edək ki, ilk dəfə 2017-ci ildə bu olimpiadaya qatılan məktəblilərimiz bir qızıl və dörd bürünc medal əldə ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR