Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan məhsulu Finlandiyaya ixrac olunacaq - Müqavilə imzalanıb

Azərbaycan məhsulu Finlandiyaya ixrac olunacaq - Müqavilə  imzalanıb
Sakura

Azərbaycan məhsulu Finlandiyaya ixrac olunacaq - Müqavilə imzalanıb

Finlandiyanın şimalında yerləşən, dam örtükləri və fasad materialları istehsalına görə öz sahəsində lider olan “Profilikeskus” şirkəti ilə Azərbaycanın “Prometal” şirkəti arasında əmakdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə  “Prometal” şirkətindən bildirilib.

 

“Təsadüfi deyil ki, şirkətimizin yüksək keyfiyyətli məhsulları xüsusi testdən keçdikdən sonra “Profilikeskus” şirkətinin 2019-cu il üçün polimer örtüklü dəmir təchizatçısı seçildi.

Məhsullarımızın Finlandiya bazarına ixrac olmasının əsas səbəblərindən biri də yağışlı və qarlı hava şəraitinə uzun müddət davamlı olmasıdır.

Xatırladaq ki, dünyada ilk dəmir dam örtükləri də məhz Finlandiya şirkəti olan “Ranilla” tərəfindən istehsal edilmişdir. Bu da göstərir ki, Finlandiya dəmir dam örtüklərinin  ana vətəni olsa da “Unimetal” (“Prometal”ın bağlı olduğu şirkət) məhsullarına ehtiyac duyur. Çünki, “Prometal” məhsulları bütün daynıqlılıq və keyfiyyət testlərindən çox uğurlu  bir şəkildə keçmişdir. Zavodumuzda üstün keyfiyyətli məhsulların istehsalı zamanı məşhur Avstraliya şirkəti “Bronx International”ın qurğularından istifadə edilir",- Şirkətin məlumatında bildirilir.

Həmçinin məlumatda qeyd edilib ki, “Prometal”  ildə 50 min ton istehsal həcminə malikdir: “Xaricdən gətirilən boya və kimyəvi  maddələrə  görə “Prometal” şirkəti 15% rüsum ödəməli olur. Bunun səbəbi isə bu boyaların ölkəmizdə istehsal edilməməsidir. İqtisadiyyat Nazirliyinə təqdim olunan  güzəştlər planı təsdiqlənərsə, şirkətimiz tərəfindən məhsulların maya dəyəri azaldılacaq və yerli bazara münasib qiymətli, keyfiyyətli məhsullar təklif ediləcək”.

 

 

Mənbə: Fins.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR