Dərc edildi: Baxış sayı: 528
Azərbaycan may ayında Cənubi Koreyaya ixrac missiyası təşkil edəcək
Azərbaycan bu il mayın 20-25-də Cənubi Koreyanın paytaxtı Seula ixrac missiyasını təşkil edəcək.
"Report"un məlumatına görə, artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.
Qida məhsulları, spirtli içkilər, o cümlədən şərab istehsalı ilə məşğul olan sahibkarlar Fonda müraciət edə bilərlər.
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət