Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası təqdim olunub

Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası təqdim olunub
Sakura

Azərbaycan Marionet Teatrında “UrbanNomadMixes” poeziya tamaşası təqdim olunub

Azərbaycan Marionet Teatrı növbəti dəfə sənətsevərləri bir araya toplayıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da sənət ocağının səhnəsində “UrbanNomadMixes” poeziya tamaşası nümayiş etdirilib.

Tamaşa Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində təqdim olunub.

Vyanada yaşayan və dünyanın müxtəlif ölkələrindən olan şairlər öz çıxışlarında mədəni müxtəlifliyi mənəviyyatın şərti kimi ifadə ediblər. Niderland, Hindistan, İran, Filippin, Sudan və Suriyadan olan şairlər bir araya gələrək tamaşada bütün insanları birləşdirən əbədi mövzulara müraciət ediblər. Ümumbəşəri sevgi və mənəvi oyanış mövzularına həsr olunan səhnə əsəri maraqla qarşılanıb.

Qeyd edək ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək davam edəcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR