Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan manatı

Azərbaycan manatı
Sakura

Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi.

Tarixi

İlk buraxılış

Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Presidentinin 15 iyul 1992-ci tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu.

 

Yeni nəsil pul nişanları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

  • Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik
  • Əsginazlar: 1, 5, 10, 20, 50, 100, 200 manat

Yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycan Mərkəzi Bankının sifarişi əsasında Vitam Reklam Şirkəti tərəfindən hazırlanan təqdimat mərasimi Excelsior Hoteldə baş tutmuşdur. Təqdimat mərasimində ölkə prezidenti, yüksək vəzifəli dövlət məmurları və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri iştirak etmişlər.

 

Əsginaslar

1 manat

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əsginas 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

 

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

1 Manatlıq əsginazın üz tərəfi 1 manatlıq əsginazın arxa tərəfi

 

5 manat

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əsginas 127x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş, Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey abidələri əlifbası, müasir Azərbaycan yazısı çap edilmişdir.

 

Mühafizə elementləri

Əsginasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi elementlər vardır.

5 manatlıq əsginazın üz tərəfi 5 manatlıq əsginazın arxa tərəfi

 

10 manat

Tarix mövzusuna həsr olunmuşdur.

Əsginas 134x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

 

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

10 manatlıq əsginazın üz tərəfi 10 manatlıq əsginazın arxa tərəfi

 

20 manat

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əsginas 141x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində qüdrət nişanəsi - qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı bülbül" təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

 

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

20 manatlıq əsginazın üz tərəfi 20 Manatlıq əsginazın arxa tərəfi

 

50 manat

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əsginas 148x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti – pillələr, güc və işıq nişanəsi – günəş, elm rəmzi – kimyəvi və riyazi simvollar təsvir olunmuşdur. Əsginasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycan xalçalarının ornamentləri çap olunmuşdur.

 

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

50 manatlıq əsginazın üz tərəfi 50 Manatlıq əsginazın arxa tərəfi

 

100 manat

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əsginas 155x70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əsginasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur. Əsginazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

 

Mühafizə elementləri

Əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, ultra bənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultra bənövşəyi işıqda görünən elementlər vardır.

100 manatlıq əsginazın üz tərəfi 100 Manatlıq əsginazın arxa tərəfi

 

200 manat

200 manatlıq əsginaz.jpg
 

 

Qəpiklər

1 qəpik

AZE-1g-2006.jpg

3 qəpik

AZE-3g-2006.jpg

5 qəpik

AZE-5g-2006.jpg

10 qəpik

AZE-10g-2006.jpg

20 qəpik

AZE-20g-2006.jpg

50 qəpik

AZE-50g-2006.jpg

 

Azərbaycan manatının tədavül tarixi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb.

1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub.

Azərbaycanın müstəqil olduqdan sonrakı dövrdə pul vahidlərinin bir çoxunu "Educational Coin Company" şirkəti istehsal etmişdir. Şirkət yeni manatlardan sadəcə 1 manatlıq əskinasın istehsalçısıdır . Şirkət eyni zamanda tanınmamış Dağlıq Qarabağ Respublikasının əskinaslarının istehsalçısıdır .

 

Keçmiş manat əskinasları və qəpikləri

1919-cu ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi  
25 manatlıq əskinas 1919.jpg Azərbaycan 25 manatlıq əskinas 1919, avers.jpg
1
           
1919
Azerbaijanp2-50rubles-1919-donatedos b.jpg Azerbaijanp2-50rubles-1919-donatedos f.jpg
10
           
Azerbaijanp5-100rubles-1919-donatedos b.jpg Azerbaijanp5-100rubles-1919-donatedos f.jpg
100
           
Azerbaijanp6-250rubles-1919-donatedos b.jpg Azerbaijanp6-250rubles-1919-donatedos b.jpg
250
           
Azerbaijanp7-500roubles-1920 b-donated.jpg Azerbaijanp7-500roubles-1920 f-donated.jpg
500
         
1992-ci ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi  
AzerbaijanP11-1Manat-(1992) f-1.jpg AzerbaijanP11-1Manat-(1992) b-1.jpg
1
     
Qız qalası
   
1992
AzerbaijanP12-10Manat-(1992) f-donated.jpg AzerbaijanP12-10Manat-(1992) b-donated.jpg
10
     
Qız qalası
   
AzerbaijanP13b-250Manat-(1992) f-1.jpg AzerbaijanP13b-250Manat-(1992) b-1.jpg
250
     
Qız qalası
   
1993-cü ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi  
AzerbaijanP14-1Manat-(1993) f-1.jpg AzerbaijanP14-1Manat-(1993) b-1.jpg
1
     
Qız qalası
   
1993
AzerbaijanP15-5Manat-(1993)-donatedfr f.jpg AzerbaijanP15-5Manat-(1993)-donatedfr b.jpg
5
     
Qız qalası
 
AzerbaijanP16-10Manat-(1993) f-1.jpg AzerbaijanP16-10Manat-(1993) b-1.jpg
10
     
Qız qalası
 
AzerbaijanP17a-50Manat-(1993) f-1.jpg AzerbaijanP17a-50Manat-(1993) b-1.jpg
50
     
Qız qalası
 
AzerbaijanP18a-100Manat-(1993) f-1.jpg AzerbaijanP18a-100Manat-(1993) b-1.jpg
100
     
Qız qalası
 
AzerbaijanP19b-500Manat-(1993) f-1.jpg AzerbaijanP19b-500Manat-(1993) b-1.jpg
500
     
Nizami Gəncəvi
 
AzerbaijanP20a-1000Manat-(1993) f-1.jpg AzerbaijanP20a-1000Manat-(1993) b-1.jpg
1000
     
Məmməd Əmin Rəsulzadə
 

 

1994-2001-ci illərdə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri (mm) Rəngi Təsviri Tədavül
tarixi
Üz tərəfi Arxa tərəfi Üz tərəfi Arxa tərəfi  
AzerbaijanP21b-10000Manat-(1994) f-1.jpg AzerbaijanP21b-10000Manat-(1994) b-1.jpg
10 000
     
Şirvanşahlar sarayı
   
1994
AzerbaijanP22-50000Manat-1995-donatedir f.jpg AzerbaijanP22-50000Manat-1995-donatedir b.jpg
50 000
     
Mömünə Xatun türbəsi
   
1995
AzerbaijanPNew-1000Manat-2001 f-1.jpg AzerbaijanPNew-1000Manat-2001 b-1.jpg
1000
     
Neft sənayesi
   
2001

 

2005-ci ildə tədavülə buraxılan manatlar
Şəkli Dəyəri Ölçüləri 
(mm)
Əsas rəng Təsviri
Üz tərəfi Arxa tərəfi Mənası Üz tərəfi Arxa tərəfi  
1 manat obv.jpg 1 manat rev.jpg
1
120×70
Boz
Əskinaslar müasir Azərbaycan mədəniyyətini əks etdirir.
Azərbaycan xalq çalğı alətləri.
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi.
 
5 manat obv.jpg 5 manat rev.jpg
5
127×70
Narıncı
Əskinasda Azərbaycanın dünya ədəbiyyatına dəyərli töhfəsi əks etdirilir.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təsviri, Azərbaycan kitabları, Azərbaycan himninin bir hissəsi.
Qobustan qayaüstü rəsmlərinin fonunda Azərbaycan xəritəsi və qədim türk əlifbasıyla yazılmış mətn.
10 manat obv.jpg 10 manat rev.jpg
10
134×70
Mavi
Əskinasda Azərbaycanın dövlətçilik ənənələri əks olunur.
Qədim İçəri şəhər fonunda köhnə Bakı, Şirvanşahlar sarayı və Qız qalası.
Milli xalça ornamentlərinin fonunda Azərbaycan xəritəsi.
20 manat obv.jpg 20 manat rev.jpg
20
141×70
Yaşıl
Əskinas Azərbaycanın müasir xarici siyasətinin hədəfini əks etdirir.
Gücün simvolu — qılınc, dəbilqə və qalxan.
50-manat front.jpg 50-manat.jpg
50
148×70
Sarı
Əskinasda təhsil və dövlətin gələcəyi əks olunur.
Gənclik, pilləkənlər (inkişafın simvolu olaraq), günəş (gücün və işıqın simvolu olaraq), kimyəvi və riyazi işarələr (elmin simvolu olaraq)
100 manat obv.jpg 100 manat rev.jpg
100
155×70
Bənövşəyi
Əskinasda Azərbaycanın iqtisadi inkişafı və xalqının rifahının çiçəklənməsi təsvir olunur.
İnkişafın qədimdən bu günə memarlıq rəmzləri və Azərbaycan manatının və iqtisadi artımın simvolları
200 Azerbaijani manat in 2018 Obverse.jpg 200 Azerbaijani manat in 2018 Reverse.jpg
200
160×70
Göy
Əskinasda Müasir memarlıq əks olunur.
Heydər Əliyev Mərkəzi
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR