Slimfit
  1. SİYASƏT

Azərbaycan liderindən Ermənistana mesaj: "Bizim heç bir ərazi iddiamız yoxdur"

Azərbaycan liderindən Ermənistana mesaj: "Bizim heç bir ərazi iddiamız yoxdur"
Sakura

Azərbaycan liderindən Ermənistana mesaj: "Bizim heç bir ərazi iddiamız yoxdur"

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində jurnalistin Ermənistandakı ermənilərə mesajının nədən ibarət olacağı ilə bağlı sualını cavablandırıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,dövlətimizin başçısı bununla bağlı deyib: “Əgər onlar mənim söylədiklərimə qulaq asırlarsa, mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur, baxmayaraq ki, müharibədən əvvəl yüz minlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bununla belə, bizim heç bir ərazi iddiamız yoxdur”.

Prezident İlham Əliyev, həmçinin Azərbaycan və Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr quranda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların qayıtmaq hüququnun olduğunu diqqətə çatdırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR