Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan “Lazarev klubunun” Yerevandakı ilk iclası ilə bağlı Rusiya XİN-ə etirazını çatdırıb

Azərbaycan “Lazarev klubunun” Yerevandakı ilk iclası ilə bağlı Rusiya XİN-ə etirazını çatdırıb
Sakura

Azərbaycan “Lazarev klubunun” Yerevandakı ilk iclası ilə bağlı Rusiya XİN-ə etirazını çatdırıb

Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” ilk iclasına münasibət bildirib.  

Nazirlikdən "Report"a verilən məlumata görə, Ermənistan və Rusiya KİV-ləri bu il noyabrın 30-dan dekabrın 1-dək  Yerevanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubunun” birinci iclası barədə məlumatlar yayıb. 

Məlumatda bildirilib ki, özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir: "Təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı Səfirliyi vasitəsilə Rusiya XİN-nin diqqətinə çatdırıb".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR