Dərc edildi: Baxış sayı: 505
Azərbaycan kubokunda final oyununun vaxtı dəyişdirilib
Azərbaycan kubokunun mayın 19-da keçiriləcək final oyununun vaxtı dəyişdirilib.
ONA-nın məlumatına görə, "Qəbələ" və "Sumqayıt" arasında oyunun nəzərdə tutulduğundan 30 dəqiqə gec başlayacaq.
Matçın başlama vaxtı hər iki klubun Peşəkar Futbol Liqasına müraciətinə əsasən dəyişdirilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək.
Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət