Dərc edildi: Baxış sayı: 554
Azərbaycan komandası Bakıdakı Avropa çempionatında finala yüksəlib
Bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə, Fəridə Səfiyarzadədən ibarət kollektiv halqalar ilə kompozisiyada 21.650 xal toplayaraq beşinci yeri tutub. Bu isə yığmanın finala çıxması üçün yetərli olub.
Qeyd edək ki, Avropa çempionatında 35 ölkənin idmançıları mübarizə aparır. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edir. Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova ilə Veronika Hudis təmsil edəcək. Avropa çempionatına mayın 19-da yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət