Slimfit
  1. İDMAN

Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək
Sakura

Azərbaycan kişi və qadın idman gimnastikası üzrə FIG dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Çox sayda Olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçılarının qatılacağı turnirin adlar ilə olan siyahısı isə fevralın ortalarında açıqlanacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR