Slimfit
  1. İDMAN

Azərbaycan kikboksçusu Moskvada Çin idmançısını nokautla məğlub edib

Azərbaycan kikboksçusu Moskvada Çin idmançısını nokautla məğlub edib
Sakura

Azərbaycan kikboksçusu Moskvada Çin idmançısını nokautla məğlub edib

Moskvada keçirilən və Rusiya ilə Çin arasında diplomatik münasibətlərin 70 illiyinə həsr olunan kikboksinq üzrə beynəlxalq turnirdə azərbaycanlı idmançı Xəyal Canıyev çinli rəqibi Kai Xuanqbini məğlub edib.

"Report"un Rusiya bürosunun məlumatına görə, X.Canıyevin görüşü "Bir kəmər və bir yol" adı altında keçirilən beynəlxalq kikboksinq turnirində gecənin döyüşü kimi qiymətləndirilib.

İlk raundda X.Caniyevin güclü zərbəsinin qarşısını ala bilməyən Kai Xuanqbinin məğlubiyyəti qaçılmaz olub. Döyüş ərzində azərbaycanlı idmançı rəqibini bütün komponentlərdə üstələyib.

İkinci raundda rəqibini nokauta salan X.Canıyev görüşdən qələbə ilə ayrılıb.

"Rəqibimin təcrübəsi az idi. Və mən tam qələbə çaldım. Mənə azərkeşlik edən hər kəsə minnətdaram. Döyüşdən öncə bildirdim ki, ikinci raundda qələbə qazanacağam və sözümə sadiq oldum" deyə döyüşdən sonra X.Canıyev "Report"a bildirib.

Moskvada "Vegas Sity Hall”da keçirilən turnirdə 13 döyüşdə 26 idmançı güclərini sınayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR