Slimfit
  1. İDMAN

Azərbaycan karateçisi: "Məqsədim II Avropa Oyunlarının qalibi olmaqdır"

Azərbaycan karateçisi: "Məqsədim II Avropa Oyunlarının qalibi olmaqdır"
Sakura

Azərbaycan karateçisi: "Məqsədim II Avropa Oyunlarının qalibi olmaqdır"

“Medal qazandığım üçün sevinirəm. Finala çıxmağa çox az qalmışdı. Lakin rəqibim güclü, sonuncu dünya çempionu idi”.

Report” xəbər verir ki, bunu İspaniyanın Qvadalaxara şəhərindəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.

84 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı məqsədinin “Minsk 2019” II Avropa Oyunlarında qızıl medal götürməkdən ibarət olduğunu söyləyib: “Almaniyalı Conatan Horna uduzsam da, bürünc medal uğrunda ukraynalı Rizvan Talıbovu 7:5 hesabı ilə üstələdim. Bununla da II Avropa Oyunlarına vəsiqə qazandım. Məqsədim Belarusdan çempionluqla dönməkdir. Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq çətindir. Lakin ümidim və məqsədim böyükdür”.

Para-karate yarışında Avropa çempionu olan Sahib Əhədov isə gərgin mübarizənin getdiyini vurğulayıb: “Para-karatedə ölkədə olmasa da, beynəlxalq yarışlarda rəqabət böyükdür. Əsas məqsədim dünya çempionu olmaqdır”.

Gözdən zəif idmançılar arasında dünya çempionatının finalçısı olan idmançı cüdonu karateyə dəyişməsinin səbəbini də açıqlayıb: “Cüdonu karateyə dəyişməyimin səbəbi müəllimimdir. O istədi deyə, bu idman növünə keçdim. Daha əvvəl para-cüdo üzrə Bakı çempionu olmuşam”.

Qeyd edək ki, Avropa çempionatında Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Roman Heydərov kata yarışında fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Sahib Əhədov isə para-karatedə qalib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR