Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycan jurnalistikasının Səyyarəsi...

Azərbaycan jurnalistikasının Səyyarəsi...
Sakura

Azərbaycan jurnalistikasının Səyyarəsi...

İnsanlar haqqında danışarkən “səmimidir” sözünü tez-tez dilə gətirsək də, əslində bu kəlmə olduğu kimi görünüb, göründüyü kimi olanlara şamil edilməlidir. Çünki səmimiyyət insana xas olan təbii xüsusiyyətlərin ən gözəlidir. Səmimi insanlar düşündüklərini dilə gətirməkdən çəkinmirlər. Fikirlərini açıq-aşkar ifadə edib, niyyətlərini olduğu kimi biruzə verirlər. Onlar su kimi saf, büllur kimi şəffaf olurlar...

Uzun illərdir ki, “sehirli qutuda” öz müəllif verilişi ilə tamaşaçıların görüşünə gəlir. Şirin söhbətləri ilə zövqləri oxşayır. Maraqlı suallar verib, qonaqlarını danışdırır. Onların mənəvi dünyasını tamaşaçılara təqdim edir. Məhz səmimi olduğundan Azərbaycan televiziya məkanında ən baxımlı verilişlərdən biri də onun ərsəyə gətirdiyi “Könül dünyamız” verilişidir. Ürəklərə yol tapan bu telelayihə qəhrəmanlarına rəğbət qazandırdıqca, onu da sevdirə bilib. Bəli, mən Səyyarə Səyyafdan danışıram. O, 1979-cu ildə Ağdam şəhərində dünyaya gəlib. Orta təhsilini Quba rayonunda başa vurub. 1996-cı ildə tibb texnikumunun əczaçılıq fakültəsinə qəbul olunsa da sonradan Təfəkkür Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Üç il “Lider” televiziyasında müxbir işləyib. İTV-də "Ovqat" ədəbi-bədii verilişinin aparıcısı olub. Hazırda "Könül dünyamız" verilişinin aparıcısıdır. Selcan adlı bir qızı vardır…
…Atası ixtisasca iqtisadçı, anası pedaqoqdur. Ailədə 3 övladırlar. Qardaşı hüqüqşunas, bacısı isə ingilis dili müəllimi işləyir… 

Deyir ki,- “Verilişimdə elə qonaqlarım olub ki, yazdıqları ilə nitqi üst-üstə düşməyib. Yəni əsərlərində, yazılarında daha maraqlıdır, nəinki adi ünsiyyətdə. Deməli, o şəxs yazı masasının arxasında daha məzmunludur. Biri var qələm yaxşı yazır, biri də var dil yaxşı danışır. Dil danışa bilməyəndə mənə bir balaca əziyyət olur. Çünki veriliş boyu həm özümü, həm də həmsöhbətimi vəziyyətdən çıxarmaqla məşğul oluram”…

Ədəbiyyatı çox sevir. Mütaliə etməkdən yorulmur. Eşitdiyi, oxuduğu yeni fikirlərin vurğunudur, məntiqin gözəlliyini duyub anlaya bilir. Dostluqda sədaqətli, ünsiyyətdə qayğıkeşdir. Qeybət etməyi xoşlamır. Səxavətlidir. Milli təamlarımızı hazırlamaqdan xüsusi zövq alır, əla aşpazdır. Sirr saxlamağı bacarır. Sadə, mehriban, gülərüz xanımdır. Bəli, insan səmimi olanda təbii olur və onu əhatə edən mühitə müsbət təsir bağışlayır…

Deyirlər ki, 40 yaşı qeyd etməzlər. Düşər, düşməzi olar. Amma 40 təhlükəli rəqəm olsaydı səltənət sahibi olan şahlar özünə 40 otaqlı saray tikdirməz, övladlarına 40 gün, 40 gecə toy etməzdilər. Deməli, 40 rəqəmində özünəməxsus kübarlıq da var. Haqqında sevə-sevə söhbət açdığım Səyyarə Səyyaf da 18 gündən sonra kübar yaşına qədəm qoyacaq, yubileyini qeyd edəcək. Qoy, bu xoş kəlmələr uzaqda yaşayan bir tamaşaçıdan onun yubileyi münasibəti ilə yaradıcılığına diqqət və ehtiram olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR