Dərc edildi: Baxış sayı: 555
Azərbaycan ixrac missiyası Polşaya gedəcək
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Polşanın Varşava şəhərinə təşkil olunacaq.
İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, martın 6-10-da keçiriləcək ixrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar Polşadan olan iş adamları ilə görüşlər keçirəcək, məhsulların ixrac imkanlarının genişləndirilməsinə dair müzakirələr aparacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət