Dərc edildi: Baxış sayı: 373
Azərbaycan İstanbulda keçiriləcək Türk Filmləri Həftəsində iştirak edəcək
Azərbaycan gələn ay İstanbulda keçiriləcək Türk Filmləri Həftəsində iştirak edəcək.
“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 10 ölkənin iştirak edəcəyi tədbirdə Azərbaycan “Qisas almadan ölmə” filmi ilə çıxış edəcək.
Ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mir-Qasim olan bu ekran əsəri "Azərbaycanfilm" kinostudiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.
Film "didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur" sözləri ilə başlayır.
Tədbirin məqsədi kino sahəsində yeni istedadların açılması və bu sahədə peşəkarların əməkdaşlığının inkişaf etdirilməsidır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət