Slimfit
  1. SİYASƏT

Azərbaycan işğala məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb - Hesabat

Azərbaycan işğala məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb - Hesabat
Sakura

Azərbaycan işğala məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb - hesabat

Bu gün Norveçin paytaxtı Oslo şəhərində “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında BMT Konvensiyasına üzv dövlətlərin 4-cü İcmal Konfransı işə başlayır. 

Bu barədə "Report"a Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.

Bununla əlaqədar olaraq Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniya “Landmine Monitor Report 2019” hesabatı ilə son 20 ildə əldə olunan nailiyyətlər və həll olunmamış problemləri ictimaiyyətə təqdim edib.

İcmal Konfransında bildirilib ki, hazırda 164 ölkə bu Konvensiyanın üzvüdür. Bu qədər ölkənin minalar əleyhinə konvensiyaya qoşulması və ondan irəli gələn məsələlərin həll olunması indiyədək silahlara qarşı mübarizə tarixində ən uğurlu sənəddir. Bu Konvensiyanın uğurlarından biri də ondan ibarətdir ki, bu sənədə qoşulmamış ölkələr də burada nəzərdə tutulan məsələlərdən bəzilərini könüllü yerinə yetirmişlər. Belələiklə də yüz minlərlə insan həyatını qorumaq mümkün olmuşdur. Donor ölkələr və ərazisində minaların olduğu ölkələr tərəfindən beynəlxalq səviyyədə 700 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub.

Son hesabatda bildirilib ki, 59 ölkənin ərazisində və bir neçə qeyri-dövlət ərazidə minaların mövcud olması və onların məhv edilməsi əməliyyatları aparılıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Hersoqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland, Türkiyə və Yəmən ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır. (100 km2 –dən çox).

Hesabat dövründə 140 km2 ərazi minalardan təmizlənib. 168000 ədəd piyada əleyhinə və 7500 tank əleyhinə mina məhv edilib. Son beş ildə 800 km2 ərazi təmizlənmiş, 661491 mina məhv edilib. Anbarlarda olan 1.4 milyon mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatdakı 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirmiş, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

“Landmine Monitor Report 2019” hesabatında bildirilir ki, son 4 ildə qorxulu tendensiya müşahidə olunur. Belə ki, minalardan, müharibənin partlayıcı qalıqlarından və kasetli silahlardan zərərçəkənlərin sayında artım müşahidə olunmaqdadır. Hesabat dövründə 6897 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir. Qeydə alınmış qurbanların 71%-i mülki şəxslərdir ki, onların da 54%-ni uşaqlar təşkil edir. Ümumilikdə Landmine Monitor Report 1999-cu ildən indiyədək 130000 insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə almışdır ki, bunun da 90000 nəfəri yaralanan şəxslərdir.

Hesabatda qeyd olunub ki, Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb: "Rəsmi olaraq bildirilib ki, bu Konvensiyanın məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası yalnız Ermənistanla konflikt həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq yeni minaların istifadəsini dayandırıb.

Azərbaycan Respublikası 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönələn və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir. Azərbaycan dəfələrlə bəyan edib ki, piyadalar əleyhinə mina istehsal və eksport etmir. Mina ehtiyatı sovet dövründən qalmadır, 1994-cü ildə konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan Respublikası ərazisində minaların təmizlənməsi əməliyyatlarını həyata keçirir, mina təhlükəsinə qarşı maarifləndirmə proqramları təşkil edir, mina qurbanlarına yardım göstərir. Azərbaycan Respublikası minaların yaratdığı problemlərin həll olunması üçün hər il dövlət büdcəsindən maliyyə ayırır.

Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2,056 nəfər yaralanıb. 2019-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 5 mülki şəxsin minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 1 nəfər həlak olub və 4 nəfər yaralanıb. Hadisələr Tər-tər, Füzuli və Qazax rayonlarının ərazisində baş verib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR