Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb
Sakura

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb

 
 

Azərbaycan ərazisində koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

"Report"un Muğan bürosunun məlumatına görə, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılıb. Bu hospitallardan biri də Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində təşkil edilib.

Məlumata görə, ilkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR