Dərc edildi: Baxış sayı: 331
Azərbaycan iqtisadiyyatında artım sürətlənib
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 50 521,9 mln. manat dəyərində Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,7% çoxdur.
Xatırladaq ki, yanvar-iyul aylarının yekununda ölkədə iqtisadi artım 0,2% təşkil etmişdi. Başqa sözlə, Azərbaycan iqtisadiyyatında artım sürətlənib.
Son 1 ildə adambaşına düşən ÜDM isə 0,2% azalaraq 5 153,1 manata düşüb.
Səkkiz aylıq ÜDM-in 28 542,2 mln. manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu, illik müqayisədə 0,9% çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət