Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21 faiz artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21 faiz artıb
Sakura

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21 faiz artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% çox vəsait yönəldilib.

Ens.Az xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.

Məlumata görə, son bir ildə neft-qaz sektoruna investisiyalar 15%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 24,3% artıb.

Yeddi ay ərzində istifadə olunmuş vəsaitin 5 045 milyon manatı və yaxud 55,3%-i məhsul istehsalı sahələrinə, 3 600,5 milyon manatı və yaxud 39,5%-i xidmət sahələrinin, 469,4 milyon manatı və yaxud 5,2%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 877,5 milyon manatını və yaxud 75,5%-ni daxili vəsaitlər təşkil edib, 6 679 milyon manatı və yaxud 73,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7%, büdcə vəsaitləri 39,7%, əhalinin şəxsi vəsaitləri 6,7%, bank kreditləri 3,0%, digər vəsaitlər isə 5,9% paya malik olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR