Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan ilk dəfə Təbriz kitab sərgisində

Azərbaycan ilk dəfə Təbriz kitab sərgisində
Sakura

Azərbaycan ilk dəfə Təbriz kitab sərgisində

İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə kitab sənətimiz Təbrizdə beynəlxalq sərgidə nümayiş olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın direktor müavini Mələk Hacıyeva, “Apostroff” nəşriyyatından Akif Dənzizadə, “Parlaq imzalar” nəşriyyatından Nurman Tarik iştirak ediblər.

Azərbaycan kitablarının nümayişi üçün stend sahəsi və avadanlıqları, həmçinin iştirak xərcləri təşkilat komitəsi tərəfindən təmənnasız təmin edilib. Azərbaycan Təbriz kitab sərgisinə ilk dəfə qatılıb. Sərgi müddətində dövlətçiliyimizə, tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş kitablar nümayiş olunub.

Sərgidə 21 ölkə iştirak edib. 125 xarici, 980 İran naşirinin iştirak etdiyi sərgi 6 milyon 500 min insan tərəfindən ziyarət olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR