Slimfit
  1. SİYASƏT

Azərbaycan ilə MDB arasında əməkdaşlıq gündəliyi və seçkilərdən irəli gələn məsələlər müzakirə olunub

Azərbaycan ilə MDB arasında əməkdaşlıq gündəliyi və seçkilərdən irəli gələn məsələlər müzakirə olunub
Sakura

Azərbaycan ilə MDB arasında əməkdaşlıq gündəliyi və seçkilərdən irəli gələn məsələlər müzakirə olunub

Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Azərbaycan ərazisində suverenliyin tam bərpasından sonra sentyabrın 1-də keçirilən ilk parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov prezident seçkilərində olduğu kimi, bu parlament seçkilərinin də Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə keçirildiyini bildirib. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.

Görüşdə, həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR