Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ilə BƏƏ infrastruktur və nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır

Azərbaycan ilə BƏƏ infrastruktur və nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır
Sakura

Azərbaycan ilə BƏƏ infrastruktur və nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır

 Dubayda rəsmi səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin QuluzadəBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) infrastrukturun inkişafı naziri Abdulla Məhəmməd Bel Haif əl-Nuami ilə görüşüb.

"Report" xəbər verir ki, nazirlər BƏƏ və Azərbaycan arasında, o cümlədən infrastruktur və nəqliyyat sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Əl-Nuaimi BƏƏ-nin infrastruktur və nəqliyyat sahəsindəki nailiyyətlərini, rəqabət göstəricilərində onun qabaqcıl beynəlxalq mövqeyini və 2021-ci ilə dünyanın qabaqcıl ölkələrindən birinə çevrilmək üzrə planlarını təqdim edib.

Əl-Nuaimi həmçinin iki ölkə arasındakı ümumi ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, infrastruktur və nəqliyyat sahəsindəki təcrübənin mübadiləsinin əhəmiyyətini vurğulayıb.

R.Quluzadə isə öz növbəsində Azərbaycanın uğurları, ölkədə infrastrukturun və nəqliyyatın inkişafına töhfə verən yeni layihələr barədə danışıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR