Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq

Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
Sakura

Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq

Azərbaycan İlahiyyat İnstitutunun rektoru (Aİİ) Ceyhun Məmmədov “Erasmus+” proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Pərviz Bağırovla görüşüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, rektor Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında məlumat verib. Ceyhun Məmmədov Aİİ-nin tələbə mərkəzli institut olaraq fəaliyyət göstərdiyini, tələbələrə dini elmlərlə yanaşı, dünyəvi elmlərin, dil bilgilərinin yüksək səviyyədə öyrədildiyini qeyd edib. O, beynəlxalq əlaqələrin yaradılmasına, xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq qurulmasına böyük önəm verdiyini bildirib. “Erasmus+” proqramının institut üçün böyük əhəmiyyətə malik olacağını vurğulayan Ceyhun Məmmədov proqramın Aİİ-yə tətbiqi üçün görüləcək işlərdən bəhs edib.

Pərviz Bağırov ali təhsil sahəsində əməkdaşlıq və tələbə mobilliyi proqramı olan “Erasmus+” haqqında məlumat verib. Qeyd edib ki, Avropa İttifaqının “Erasmus+” proqramı əməkdaşlıq üçün xeyli imkan və vasitə təklif edir. Bunlar təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsini, təhsil sisteminin təkmilləşdirilməsini, peşəkarlıq treninqlərini, xaricdə təhsili və bir sıra islahatları əhatə edir. Pərviz Bağırov qeyd edib ki, hər il bu proqram üzrə minədək azərbaycanlı tələbə təhsil mübadilə proqramları çərçivəsində Avropanın müxtəlif ölkələrində təhsil alır.

Məruzəçi sözügedən proqram çərçivəsində ali təhsil sahəsində həyata keçirilən birgə magistratura proqramları, kredit mobilliyi, kurikulum quruculuğu haqqında məlumat verib, təhsil və tədrisin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Ali təhsil sahəsində birgə əməkdaşlıq və “Erasmus+”un əsas məqsədləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR