Azərbaycan idmançısı Dünya Kubokunda iştirak edib
Avstraliyada triatlon üzrə keçirilən Dünya Kuboku başa çatıb. Azərbaycan Triatlon Federasiyasından ONA-ya verilən məlumata görə, yarışda ölkəmizi Rostislav Pevtsov və Kseniya Levkovskaya təmsil edib.
İdmançımızdan ən yaxşı nəticəni R. Pevtsov göstərib. Təmsilçimiz turniri 6-cı pillədə başa vurub. O, 64 triatlonçunun mübarizə apardığı yarışda 52 dəqiqə 27 saniyəlik nəticə göstərib.
R.Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 01 saniyəyə yekunlaşdırıb. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 28 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 51 saniyə nəticə ilə başa vurub.
Yarışının qalibi kanadalı Tayler Mislavçuk olub.
Dünya kubokunda yığmamızın digər üzvü Kseniya Levkovskaya da iştirak edib. İdmançımız finişə 23-cü çatıb.
Qeyd edək ki, triatlonçularımız Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün iki il ərzində təsnifat yarışlarında iştirak edirlər. Bu müddət ərzində onlar dünya və Avropa çempionatları, Dünya kuboku yarışları da daxil olmaqla, çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət