Dərc edildi: Baxış sayı: 678
Azərbaycan holdinqi Türkiyədə telekanal açdı
Azərbaycanın "Global Media” media holdinqi Türkiyədə telekanal açıb.
BAKU.WS xəbər verir ki, holdinqin “Haber Global” adlı kanalı dünən yayına çıxma lisenziyası alıb. Lisenziya Türkiyə Televiziya Şurası tərəfindən verilib.
Qeyd edək ki, kanalın idarə heyətinin rəhbəri Elnur Abdullayev, baş direktoru Məmməd Gülmməmədov olacaq. Xəbər kanalı sentyabrın 24-dən etibarən tam gücü ilə yayıma başlayacaq.
Hazırda isə kanalın test yayımı başlayıb.
Xatırladaq ki, Məmməd Gülməmmədov “ölkə.az”ın keçmiş baş redaktoru olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət