Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır

Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır
Sakura

Azərbaycan hökuməti qadınlarla bağlı yeni hesabat hazırlayır

Azərbaycan hökuməti BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə (CEDAW Committee) təqdim ediləcək 6-cı dövri hesabatı hazırlayır.

Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva 6-cı dövri hesabatın hazırlanması məqsədilə aidiyyəti hökumət qurumlarının gender məsələləri üzrə məsul nümayəndələrinə 2 günlük bacarıqların artırılması məqsədilə keçirilən təlimdə məlumat verib.

A.Sofiyeva qeyd edib ki, Azərbaycan hökuməti 6-ci dövri hesabatı 2019-cu ilin mart ayında təqdim edəcək.

Komitə rəsmisi Azərbaycan hökumətinin qadın hüquqlarının müdafiəsinə və bərabər imkanların yaradılmasına böyük önəm verdiyini qeyd edib.

 

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin gender üzrə proqram müşaviri Bəhicə Əliyeva “Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Konvensiyanın” prinsiplərinə qadınların hüquqlarının qorunması naminə riayət edilməsinin vacibliyini qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın 5-ci dövri hesabatı 2015-ci ildə təqdim edilib. Bu hesabatda CEDAW Komitəsi dövlət tərəfindən 2009-cu ildə 4-cü dövri hesabatına verilmiş tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan hökumətinə qadınların hüquqlarının təşviqi məqsədilə bir neçə mühüm addımların atılmasını məsləhət görüb. Bunlara doğulanlar arasında oğlan uşaqlarına verilən üstünlüyün aradan qaldırılması istiqamətində qurumlararası fəaliyyət planı, məişət zorakılığının qarşısının alınmasında Milli Strateqiya və Milli Fəaliyyət Planının qəbulu, eləcə də "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında Avropa Şurasının Konvensiyası"nın ratifikasiyası üçün zaman çərçivəsinin müəyyən edilməsi daxildir.

Bir çox vaxt “Qadınlar Konvensiyası” adlandırılan "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiya 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Azərbaycan 1995-ci ildə həmin Konvensiyanı ratifikasiya edərək sözügedən prosesə qoşulub.

Konvensiyanı ratifikasiya etmiş və ona qoşulmuş ölkələr sənədin müddəalarını yerinə yetirərək gender bərabərliyinə təkcə “de-yuri" deyil, eləcə də faktiki hər bir kişi və qadın tərəfindən hiss ediləcək dərəcədə nail olmaq hüquqi öhdəliyini qəbul edirlər. Bundan əlavə ölkələr Konvensiyanın ratifikasiyasından bir il sonra ilk milli hesabatlarını, daha sonra növbəti hər 4 il ərzində sazişdən irəli gələn öhdəliklər üzrə görülmüş tədbirlər üzrə hesabat verirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR