Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan hərbçiləri Türkiyədə təlim keçəcək

Azərbaycan hərbçiləri Türkiyədə təlim keçəcək
Sakura

Azərbaycan hərbçiləri Türkiyədə təlim keçəcək

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək. 

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hərbi qulluqçular beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb.


Yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək bildirib ki, fevralın 23-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsi hər birimizi daha da qürurlandırır. Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək. İnanırıq ki, ümumilikdə 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimdə Azərbaycan və Türkiyə hərbçiləri həmişə olduğu kimi bu dəfə də yüksək peşəkarlıq nümayiş etdirəcəklər. 



Sonda təlimə cəlb edilmiş bölmələr Türkiyə Respublikasının Qars şəhərinə yola salınıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR