Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan həkimləri Xankəndidə

Azərbaycan həkimləri Xankəndidə
Sakura

Azərbaycan həkimləri Xankəndidə

Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni qadının halı pisləşib, azərbaycanlı həkimlər yardım göstərib.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının müraciətindən sonra əraziyə operativ şəkildə Şuşa şəhərində yerləşən modul tipli xəstəxananın təcili tibbi yardım avtomobili gəlib.

İxtisaslaşmış həkim heyəti xəstəyə yerində ilk tibbi yardım göstərib. Daha sonra erməni əsilli qadın öz istəyinə əsasən təcili tibbi yardım avtomobili ilə azərbaycanlı həkimlərin müşayiəti altında Xankəndi şəhərinə aparılıb. Bununla da Azərbaycan tərəfi humanistlik göstərərək öz ərazisində yaşayan erməni əsilli vətəndaşın qayğısına qalmasını nümayiş etdirmiş oldu.

Təcili tibbi yardım avtomobilinin aksiya ərazisindən keçməsinə heç bir maneə yaradılmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR