Dərc edildi: Baxış sayı: 488
Azərbaycan güləşçiləri dünya çempionatında daha üç medal qazanıblar
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi daha 3 medal qazanıb.
Yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) gümüş, Orxan Nuriyev (97 kq) isə bürünc medala sahib olublar.
M.Məmmədov finalda yaponiyalı Keniçiro Fumitaya, K.Cəfərov isə misirli Məhəmməd İbrahim Əlsəyidə uduzub. Əvəzində O.Nuriyev bürünc medal görüşündə İran təmsilçisi Əli Əkbər Heydərini sonuncu xal prinsipinə əsasən üstələyib.
Qeyd edək ki, çempionatın ilk günündə İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət