Slimfit
  1. TƏBİƏT

Azərbaycan gölləri

Azərbaycan gölləri
Sakura

Azərbaycan gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur

Azərbaycanın gölləri — Azərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur.

Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Azərbaycan göllərindən 10 gölün sahəsi 10 km²-dən böyükdür. Bunların əksəriyyəti kiçikdir. Sarısu, Hacıqabul, Masazır, Candargöl və s. nisbətən böyük göllərdir. Sarısu gölü, Azərbaycan Respublikasının ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir.

 

Göllərin tipləri

Mənşəyinə görə Respublikada 7 tip göl müşahidə edilir:

  1. Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
  2. Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
  3. Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
  4. Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
  5. Karst mənşəli göllər (Qobustanda, Hacınohurda, Ceyrançöldə yerləşirlər);
  6. Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdımançay və s. çayların hövzələrində yerləşirlər);
  7. Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdaxanı, Qanlıgöl və s.).

Orta və yüksək dağlıq ərazilərdə göllərin (Kürəkçay hövəsindəki Göy-göl və Maralgöl, Şəmkir çayı hövzəsindəki Göygöl, Böyük və Kiçik Alagöllər) gözəl mənzərəsi var. Respublikanın gölləri erozion-buzlaq, erozion-çay, tektonik və abrazion mənşəlidir. Abşeronda bir sıra axarsız və şor relikt göllər var. Yayda bunların xeyli hissəsi quruyur və şoranlığa çevrilir. Dağ göllərindən mal-qaranın suvarılmasında, Hacıqabul, Sarısu, Ağ göl və s.-dən balıqçılıqda və qismən suvarmada, Abşeronun şor göllərindən kimyəvi maddələrin alınmasında, həmçinin müalicə palçığından istifadə edilir. Çayların yuxarı axınındakı göllər Batabat qrupu, Qanlıgöl (Naxçıvan çayı hövzəsi), Göy-göl (Şəmkir çay hövzəsi) və s. süni su anbarlarına çevrilmişdir. Onlar yayda çayları əlavə su ilə təchiz edir.

 

Respublikanın ən böyük gölləri

Göllər Sahəsi, km² Həcmi, km³
1. Sarısu 65,7 59,1
2. Ağ göl 56,2 44,7
3. Böyük Şor gölü 16,2 27,5
4. Ağzıbirçala 13,8 10,0
5. Candargöl 10,6 51,0
6. Hacıqabul 8,4 12,1
7. Böyük Alagöl 5,1 24,3
8. Aşıq-Qara 1,76 10,2
9. Göygöl 0,79 24,0
10. Qaraçuq 0,45 2,53
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR