Dərc edildi: Baxış sayı: 512
Azərbaycan gimnastları Varnada 5 medal qazanıblar
Azərbaycanın bədii gimnastları Bolqarıstanın Varna şəhərindəki beynəlxalq turnirdə 5 medal qazanıblar.
“Report” xəbər verir ki, ölkəni fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər. Luzan çoxnövçülük xalları əsasında əvvəlcə bürünc medal əldə edib. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə, top və lentlə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası bürünc medal qazandırıb.
Əkbərova isə lentlə çıxışlarına görə bürünc medal götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət