Slimfit
  1. İDMAN

Azərbaycan gimnastları Avropa çempionatında çıxış ediblər

Azərbaycan gimnastları Avropa çempionatında çıxış ediblər
Sakura

Azərbaycan gimnastları Avropa çempionatında çıxış ediblər

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatına yekun vurulub.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ötən həftə qadın idman gimnastlarının mübarizəsindən sonra bu həftə kişi atletlər məharətlərini göstəriblər. Avropanın 37 ölkəsindən 151 böyük, 158 gənc kişi gimnastın qatıldığı mötəbər turnirdə Azərbaycan gimnastları da iştirak ediblər.

Ölkəmiz böyüklər proqramında Murad Ağarzayev, Dari Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər proqramında isə Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev, Ramin Dəmirov və Rüstəm Əhməd tərəfindən təmsil olunublar.

Gimnastlarımızdan ən yaxşı nəticəni gənclər arasında mübarizə aparan Cavidan Babayev göstərib. O, halqalarda çıxışda final mərhələsinə adlamağı bacarıb. Bununla da ölkəmiz ilk dəfə olaraq, qitə birinciliyinin gənclər arasında final mərhələsində təmsil edilib. İdmançımızın əsas mərhələdəki çıxışı ilə turniri yeddinci yerdə başa vurub.

Böyük və gənc idman gimnastlarının bir arada mübarizə apardığı Avropa çempionatı hər iki ildən bir keçirilir. İki il əvvəl İsveçrənin paytaxtı Berndə keçirilən çempionatda ölkəmiz ilk dəfə həm böyüklər, həm də gənclər proqramında komanda yarışlarında iştirak edərək müvafiq olaraq 19-cu və 22-ci yerlərdə (33 ölkə arasında) qərarlaşmışdı. Bu il isə məhz gənclərdən ibarət komandamız nəticələrini xeyli yüksəldərək 12-ci pillədə yer alıb.

Xatırladaq ki, böyük və gənc kişi idman gimnastları arasında növbəti Avropa çempionatı 2020-ci ildə Bakıda keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR