Azərbaycan gimnastı Zöhrə Ağamirova dünya çempionatında çoxnövçülüyün finalına çıxdı
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildirilib ki, Zöhrə Ağamirova dörd növ üzrə çıxışın yekunlarına əsasən 50.650 bal toplayaraq 22-ci yeri tutub və finala çıxıb. Ondan azacıq geri qalan Veronika Qudis 25-ci mövqedə qərarlaşaraq ehtiyat gimnastların sırasında yer alıb.
Azərbaycanın bədii gimnastika yığması Sofiyada keçirilən dünya çempionatında komanda hesabına görə 9-cu yeri tutur. Yığmamız Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokinanın səyləri sayəsində 131.700 bal toplayıb ki, bununla da Özbəkistan, Sloveniya, Qazaxıstan, Koreya, Çin, Kanada, Polşa, İspaniya və digər ölkələrin komandalarını geridə qoyub.
Dünya çempionatında hələ ki Rusiya yığması liderdir. Ondan sonrakı mövqelərdə Bolqarıstan və İtaliya gimnastları qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət