Dərc edildi: Baxış sayı: 391
Azərbaycan gimnastı Bolqarıstanda bürünc medal qazanıb
Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, fərdi proqramda çıxış edən gənc idmançı lentlə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün III pilləsinə yüksəlib. Gimnast çoxnövçülükdə IV, halqa, top və gürzlərlə çıxışlarına görə isə VI olub.
Azərbaycan millisinin digər fərdi gimnastı Məryəm Səfərova isə çoxnövçülükdə IX yerdə qərarlaşıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 200-ə yaxın gimnast iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət