Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq

Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq
Sakura

Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq

Gürcüstanın paytaxtı Tbilisidə "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Oxu.Az-a verilən məlumata görə, QSC-nin sədri Rauf Vəliyevlə yanaşı, Gürcüstan, Qazaxıstan və Rumıniyadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələrinin də qatıldığı yığıncaqda Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında ASCO gəmisi vasitəsilə konteyner daşımalar xəttinin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib.

Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən də keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.

Qeyd edək ki, ASCO-nun Qara dənizdə fider gəmisinin ilk sınaq səfərinin 2019-cu il sentyabrın 20-dək həyata keçirilməsi nəzərdə tutulur. 

Fider gəmi hər 10 gündən bir (ayda üç dəfə) səfərə çıxacaq. Yük həcmi çoxalacağı halda xətt üzrə gəmilərin sayının və reyslərin müntəzəmliyinin artırılması da nəzərdə tutulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR