Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Fransa şirkətlərinin ölkə iqtisadiyyatının inkişafında rolunu artırmaq istəyir

Azərbaycan Fransa şirkətlərinin ölkə iqtisadiyyatının inkişafında rolunu artırmaq istəyir
Sakura

Azərbaycan Fransa şirkətlərinin ölkə iqtisadiyyatının inkişafında rolunu artırmaq istəyir

“Hazırda Azərbaycanda 45-dən çox Fransa şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və xidmət sahələrində fəaliyyət göstərir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu günə qədər Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar investisiya qoyub.

“Xüsusilə 4-cü sənaye inqilabı şəraitində əlavə Fransa şirkətlərinin Azərbaycana cəlb edilməsi üçün imkanlar var. Hazırda dünyanın 500 iri şirkətindən 28-i Fransada yerləşir. Onlar müxtəlif sahələrdə dünya liderləridir və mən düşünürəm ki, Fransa sahibkarları ilə görüşlərin keçirilməsi Azərbaycana Fransa kapitalının axınını təmin etmək deməkdir. Digər tərəfdən isə bu, Azərbaycana yeni texnologiyaların gətirilməsi və insan kapitalının inkişafı, yeni iş yerlərinin yaradılması, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin və ixrac imkanlarının artırılmasına dəstək verəcək",- o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR