Slimfit
  1. HƏRB

Azərbaycan əsgərlərinin önündən qaçan erməni taqım komandiri məhkəmədə cavab verəcək

Azərbaycan əsgərlərinin önündən qaçan erməni taqım komandiri məhkəmədə cavab verəcək
Sakura

Azərbaycan əsgərlərinin önündən qaçan erməni taqım komandiri məhkəmədə cavab verəcək

Azərbaycan əsgərlərinin önündən qaçan erməni taqım komandiri məhkəmədə cavab verəcək

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, 44 günlük müharibə zamanı Sünikdə istehkamı tərk edən taqım komandirinə ittiham irəli sürülüb.

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin komandirinin əmrinə əsasən, hərbi hissənin tərkibinə daxil olan taborun şəxsi heyəti Sünik rayonunda döyüş növbəsinə cəlb olunub.

Tüfəng rotasının taqım komandiri X.M. mövqelərdən birində dayaq məntəqələrinin komandiri təyin edilib. Ancaq o, öz vəzifəsini layiqincə yerinə yetirməyib, döyüşmədən, komandirə məruzə etmədən və onun icazəsi olmadan, həmçinin tabeliyində olanlara vəziyyəti izah etmədən istehkamdan çıxıb gedib.

İyunun 20-də prokuror X.M.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin “döyüş vəzifəsi və ya hərbi xidmət qaydalarını pozma” maddəsi ilə cinayət işi açıb.

İyulun 6-da prokuror işin materiallarını ittiham aktı ilə birlikdə Sünik vilayətinin ümumi yurisdiksiya cinayət məhkəməsinə göndərib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR