Slimfit
  1. GÜNDƏM

Azərbaycan əsgəri İqor Rıskin: “Zakir Həsənovun təklifi mənim düşüncələrimi tərpətdi”

Azərbaycan əsgəri İqor Rıskin: “Zakir Həsənovun təklifi mənim düşüncələrimi tərpətdi”
Sakura

Azərbaycan əsgəri İqor Rıskin: “Zakir Həsənovun təklifi mənim düşüncələrimi tərpətdi”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə ön xətdə yerləşən "N" hərbi hissəsində hərbi qulluqçularla görüşüb, nahar süfrəsi arxasında söhbət edib.

Yeniavaz.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu görüş onların yaddaşında həm səmimiliyi ilə, həm də mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi qalacaq. "N" hərbi hissəsində nümunəvi xidməti ilə seçilən Əsgər İqor Rıskin də Müdafiə naziri ilə bu görüşü həmişə xoş duyğularla xatırlayacaq.

Əsgər İ.Rıskin Bakı şəhərində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Uçuş mühəndisliyi fakültəsini 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib. Aviasiya Akademiyasını ingilis dilində fərqlənmə diplomu ilə bitirməsi onun savadlılığına, söhbətləri, məntiqli, məzmunlu, rabitəli danışığı isə dünyagörüşünün genişliyinə dəlalət edir. "Göyləri sevirəm, pilot olacağam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə qürurlanmasından da fəxr edirəm", - kəlmələri isə vətənsevərliyini təsdiqləyir.

Əsgər İ.Rıskinin Müdafiə naziri ilə görüşündə bu təəssüratlarla ayrılıb: “Məhz bu hərbi hissədə xidmət etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən, özümə məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək, söhbətləşmək - bu duyğuları, - o anları necə yaşadığımı ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm. Nə gizlədim, hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin böyük sayğılarla "Bəlkə gələcəkdə hərbi xidmətini davam etdirəsən?" - təklifi mənim düşüncələrimi tərpətdi. Deyəsən, hərbçi olacam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu olacam”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR