Slimfit
  1. GÜNDƏM

Azərbaycan Ermənistandan təzminat tələb edəcək

Azərbaycan Ermənistandan təzminat tələb edəcək
Sakura

Azərbaycan Ermənistandan təzminat tələb edəcək

İşğaldan azad edilən ərazilərə baxdıqda aydın olur ki, düşmən bu illər ərzində Azərbaycanın nəinki tarixi abidələrini, hətta bu ərazilərdəki bütün tikililəri dağıdıb. Bütün bu maddi ziyanlara görə beynəlxalq qurumlar vasitəsi ilə Ermənistandan təzminat almaq mümkündür. Bu, həm dövlət, həm də fərdi vətəndaşlar səviyyəsində edilə bilər. Tarixdə bununla bağlı xeyli nümunələr var.

Dağılmış kəndlər, uçmuş və daşları belə daşınmış evlər. Bu mənzərəni işğaldan azad edilmiş, demək olar ki, bütün ərazilərdə görmək mümkündür. Vandal ermənilər uzun illər işğal altında saxladıqları bütün ərazilərimizi talan ediblər. Hüquqi məsələlər üzrə mütəxəssis Murad Sadəddinovun sözlərinə görə, bütün talanlara görən Ermənistandan təzminat almaq mümkündür.

Mütəxəssisin sözlərinə görə, BMT tərəfindən yaradılan komissiya və tribunallar vasitəsilə düşməndən ümumi dəyən ziyanın ödənilməsi tələb edilə bilər. Üstəlik, gələcəkdə iki tərəf arasında imzalanacaq sülh müqaviləsi çərçivəsində də bu tələblər qoyula bilər. Bütün bu üsulların isə tarixdə müsbət təcrübəsi var.

Hüquqi məsələlər üzrə ekspertin sözlərinə görə, 20 % torpaqlarımızın işğal edilməsi ilə Azərbaycana 10 milyardlarla milyard dollar ziyan vurulub. Bu, Ermənistan Silahlı Qüvvələrinin dağıdıcı fəaliyyəti ilə əlaqədar baş verib. Qeyd edək ki, ölkə başçısının göstərişi ilə işğaldan azad edilən ərazilərdə vurulan ziyanın miqdarının hesablanmasına başlanıb.

Mənbə: xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR