Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan-Ermənistan sərhədindəki yanğın söndürüldü

Azərbaycan-Ermənistan sərhədindəki yanğın söndürüldü
Sakura

Azərbaycan-Ermənistan sərhədindəki yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, məlumatda nazirliyin 112 - qaynar telefon xəttinə iyulun 6-da axşam saatlarında Qazax rayonu ərazisində Azərbaycan Respublikasının Ermənistanla sərhəd zolağında yanğının baş verməsi barədə məlumatın daxil olduğu qeyd edilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın Ermənistan Respublikası ərazisində başlayıb və Azərbaycan Respublikasının ərazisinə keçib. Qazax rayonunun Aslanbəyli və Qaymaqlı kəndləri ərazisinə (quru ot və kol-kos olan açıq ərazilər) keçən yanğınların yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın səhər saatlarında söndürülüb.

Ümumilikdə təxminən 180 hektar sahədə quru ot ve kol-kos yanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR