Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan ərazisində ardıcıl üçüncü zəlzələ baş verib

Azərbaycan ərazisində ardıcıl üçüncü zəlzələ baş verib
Sakura

Azərbaycan ərazisində ardıcıl üçüncü zəlzələ baş verib

 Azərbaycanın Ağsu rayonunda növbəti yeraltı təkanlar qeydə alınıb.

Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 11 km dərinlikdə 3,4 maqnituda gücündə qeydə alınıb.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca isə İsmayıllı rayonunda 6 (23:31) maqnituda gücündə zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda və 11 km cənub-qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR