Dərc edildi: Baxış sayı: 505
“Azərbaycan ən yaxın tərəfdaşlarımızdandır” - Bolqarıstan XİN
"Azərbaycanla Bolqarıstan arasında strateji əməkdaşlıq sazişi var. Bu saziş əsasında qurulan iqtisadi, siyasi, nəqliyyat və digər məsələləri müzakirə etmişik".
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar MəmmədyarovBolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bolqarıstan tam şəkildə həyata keçirilən strateji layihələrdə iştirak edəcək.
E.Məmmədyarov həmkarını Dağlıq Qarabağ münaqişəsi və danışıqların hazırkı durumu ilə bağlı məlumatlandırdığını deyib. Qeyd edib ki, turizm sahəsində əlaqələrin inkişafı istiqamətində də danışıqlar aparılıb.
Bolqarıstan XİN rəhbəri isə vurğulayıb ki, iki ölkə arasında enerji ən əhəmiyyətli məsələlərdən biridir: "Enerji məsələsində Azərbaycan ən yaxın tərəfdaşlarımızdandır. 2020-də Cənub Qaz Dəhlizi hazır olacaq və biz onun Avropaya ixracına hazır olacağıq".
Bolqarıstan XİN rəhbəri əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 34.5 milyon dollardır və bunu artırmaq olar. Bundan əlavə, ölkələr arasında turizm sahəsində də əməkdaşlıq imkanları mövcuddur.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət