Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?

Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
Sakura

Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?

Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.

Bildirilib ki, 2018-ci ildə enerji sisteminin ötürücü şəbəkə sisteminə idxal olan elektrik enerjisinin ümumi həcmi 99,2 mln. kVts təşkil edib.

İxrac olunan elektrik enerjisinin ümumi həcmi isə 1 413,2 mln. kVts təşkil edib. O cümlədən Rusiyaya 121,4, Gürcüstana 1 230,1, Türkiyəyə 13,4, İrana 48,3 mln. kVts elektrik enerjisi ixrac olunub.

Qeyd olunub ki, enerji sistemi üzrə idxal-ixracın saldosu 1 314 mln. kVts təşkil edib. 2019-cu ildə ixracın 1500 mln kvts ixrac edilməsi planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR