Dərc edildi: Baxış sayı: 705
Azərbaycan əhalisinin sayı açıqlandı
Bu ilin yanvar-may aylarında əhalinin sayı 31676 nəfər və ya 0,3 faiz artaraq, 2019-cu il iyun ayının 1-i vəziyyətinə 10013133 nəfərə çatıb.
Bununla bağlı Dövlət Statistika Komissiyasının məlumatında deyilir.
Bu ilin beş ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56254 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək, eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.
Yanvar-may aylarında ölkədə 24690 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət